Xəbərlər

Azərbaycanın kənd təsərrüfatı elminə ağır itki üz verib.

Azərbaycan elminə ağır itki üz vermişdir. Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktor müavini, a.,e.,f.,d., dosent Sahib Cabbarov 12 noyabr 2020-ci il tarixində vəfat etmişdir. Kənd təsərrüfatının inkişafında yüksək xidmətləri olmuş, Cabbarov Sahib Fərrux oğlu 1959-cu ildə Goranboy rayon Şadılı kəndində anadan olmuşdur. 1986-cı ildə  Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (İndiki Azərbaycan Dövlət Aqrar Universiteti) "Bitki Mühafizəsi" fakultəsini fərqlənmə diplomu ilə bitirib, təyinatla Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə İnstitutuna işə qəbul olunmuşdur.

    1986-1989-cu illərdə Ümumittifaq Bitkiləri Mühafizə İnstitutunun (Sankt Peterburq) “Bitki mühafizə” ixtisası üzrə məqsədli aspiranturasını əyani bitirərək 1991-ci ildə “Azərbaycan Respublikası şəraitində tütünün virus xəstəlikləri və onlara qarşı mübarizə tədbirlərinin əsaslandırılması’’ mövzusu üzrə  müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır.

          1990-cı ildən   Az.ETBMİ-da elmi işçi, aparıcı elmi işçı, şöbə müdiri vəzifələrində işləmişdir. 1992-1994-ci illərdə Goranboy rayon İHB-in kənd təsərüfatı üzrə müavini vəzifəsində çalışmışdır. 1994-1998-ci illərdə Az.ETBMİ-də aparıcı elmi işçi, şöbə müdiri vəzifəsində  işləmışdir.1998-2004-cü illərdə “Aqromexanika” ETİ-də  baş elmi işçi və şöbə müdiri vəzifələrində işləmişdir.

           2004-2006-cı illərdə Az.ETBMİ-də aparıcı elmi işçı, 2006-cı ildən Az.ETBMİ-nin elmi katibi və 2015-ci il iyulun 23-dən Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də direktorun elmi işlər üzrə müavini vəzifəsində çalışır. 2008-ci ildə dosent elmi adı almışdır. 65-dən artıq elmi məqalənin, 8 tövsiyyənin, 3 kataloqun, 16 kitabçanın, 9 plakatın, 1 patent ixtiranın müəllifidir.

Allah rəhmət etsin!

BMTB ETİ

© 2020 BMTB ETİ