Xəbərlər

Beyləqan rayonunda BM TBETİ-nin təşkilatçılığı ilə elmi-praktik seminar keçirilmişdir.

Beyləqan rayonunda Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun təşkilatçılığı ilə "Azərbaycanda pambıqçılığın inkişafı və yerli sortların müqayisəli nümayişi" mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda, BM TBETİ-nin direktoru Elçin xəlilov, Beyləqan rayon DAİM-in  direktoru Xaliq Məmmədov, Beyləqan RAEİM-in direktoru Mirağa Kazımov, BM TBETİ-nin Mil təcrübə stansiyasının direktoru Ramiz Şahsevənli, P-aqro MMC-nin baş aqranomu Eyvaz Əliyev, institutun alimləri, pambıqçılıq şirkətlərinin nümayəndələri və bu sahə ilə məşğul olan fermerlər iştirak edib. Açıq tarla şəraitində, sosial izolyasiya qaydalarına riayət edilməklə təşkil olunan seminarda Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilov çıxış edərək, fermerlərə və təsərrüfat sahiblərinə aqrar sahə mütəxəssisləri üçün keçirilən onlayn təlimlər haqqında məlumat verib. İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri Mahirə Vəliyeva "Pandemiya şəraitində keçiriləcək tədbirin məqsəd və məramı", mövzularında çıxışlar ediblər. Tədbir çərçivəsində fermerler yerli sortların nümayiş əkinləri ilə tanış olublar. BMTB ETİ-nin mütəxəssisləri tarlada fermerlərə yerli sortların təsərrüfat əhəmiyyətı, xəstəlik və zərərvericilərə qarşı interqrir mübarizə tədbirləri barədə geniş məlumat veriblər və maarifləndirici bukletlər paylayıblar. Sonda bölgə fermerlərini maraqlandıran suallar BM TBETİ-nin alimləri tərəfindən cavablandırılıb.

BMTB ETİ

© 2020 BMTB ETİ