Xəbərlər

Azərbaycan elminə ağır itki üz verib.

Kənd təsərrüfatının inkişafında yüksək xidmətləri olmuş, kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyəti ilə fərqlənmiş, “Tərəqqi” medalı ilə təltif edilmiş,  uzun müddət Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda “Pestisidlərin sınağı və herbalogiya” laboratoriyasının müdir vəzifəsində çalışmış  Aqrar elmlər üzrə fəlsəfə doktoru Ağayev Fizuli Ədil oğlu  2020- ci il  aprelin 4-də ömrünün 73-cü ilində vəfat etmişdir.

Qeyd edək ki,Fizuli Ədil oğlu Ağayev 1947-ci il, oktyabrın 1-də Gəncə şəhərində anadan olumuşdur. 1975-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir.

1986-cı ildə “Quba –Xaçmaz zonasının “Badımcan çiçəklilər fəsiləsinə mənsub olan tərəvəz əkinlərində alaq otları ilə mübarizə” mövzusu üzrə Kənd Təsərrüfatı elmləri namizədi elmi dərəcəsi almışdır.

1994-cı ildə “Ümumi Əkinçilik” ixtisası üzrə baş elmi işçi, elmi adı verilmişdir.

Aqrar elmlər üzrə fəlsəfə doktoru Ağayev Fizuli Ədil oğlu elmdə əldə etdiyi nailiyyətlərə görə 2018-ci ildə ölkə prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

1970-ci ildən BM TB ETİ-nin Pestisidlər laboratoryasında laborant, 1975-ci ildən “Zəhərlərin qalığını öyrənən və alaqlarla mübarizə” laboratoryasında kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və nəhayət 1993-cü ildən ömrünün sonuna kimi “Pestisidlərin qalığı və herbalogiya” laboratoriyasının müdiri vəzifəsində çalışmışdır.

Müxtəlif kənd təsərrüfatı bitkilərinin (üzüm, meyvə, tərəvəz, qarğıdalı, pambıq, lobya, qarpız, pomidor, xiyar, yerkökü, çuğundur, badımcan, bibər və s.) alaq otlarına qarşı mübarizə aparmış və bütün kənd təsərrüfatı bitkilərində zərərverici, xəstəlik və alaq otlarına qarşı tətbiq edilmiş pestisidlərin məhsulda, torpaqda və suda qalıq miqdarını nazik qatlı xromotoqrafiya üsulu ilə təyini istiqamətində elmi təcrübələr aparmışdır.

82 elmi məqalənin, 2 kitabın, 4 kataloqun, 20 brоşuranın müəllifidir,2 namizədlik dissertasiyasının rəhbəri olmuşdur.

Görkəmli alim, əsl ziyalı Ağayev Fizuli Ədil oğlunun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

 

 

 

 

 

 

BMTB ETİ

© 2020 BMTB ETİ