Xəbərlər

Bitkilərin inteqrir olunmuş mühafizəsində aqrotexniki metodlar - Fermerlərə tövsiyə.

Kənd təsərrüfatında mədəni bitkiləri mühafizə etmək üçün inteqrir mübarizə sistemindən: aqrotexniki, bioloji, fiziki, mexaniki və kimyəvi üsullardan istifadə olunması məsləhət görülür.

Aqrotexniki mübarizə üsulu: Bitkilərin inteqrir olunmuş mühafizəsində aqrotexniki metodlar birinci dərəcəli əhəmiyyət kəsb edir. Aqrotexniki tədbirlərin əksəriyyəti profilaktiki xarakter daşıyaraq zərərvericilərin və patogenlərin (xəstəliktörədicilərin) sayının tənzimlənməsinə əsaslanır (sələf bitkilərinin növbəli əkin sistemləri, torpağın  becərilməsi, gübrələçə sistemləri, toxumların təmizlənməsi və çeşidlənməsi, səpin müddəti və üsulları, alaq otları ilə mübarizə, həmçinin məhsulun yığılma müddəti və üsulları). Dondurma şumu, torpağın tez-tez kultivasiya olunması, dənli bitkilər əkilən torpaqların yığımdan dərhal sonra disklənməsi zərəvericilərin və xəstəliktörədicilərin sayının azalmasına, əksinə onların parazitlərinin say dinamikasının yüksəlməynə səbəb olur. Əkin vaxtının dəyişdirilməsi (təxminən 10-20 gün) zərərvericilər və patogenlər üçün qeyri-əlverişli şərait yaradır. Bundan əlavə, cücülərin parazitləri daha cox sahibi məhv edir. Məsələn, payızlıq yumşaq buğdanın adi şəraitdən 5-10 gün gec səpilməsi onların isveç və hessen milçəkləri ilə yoluxmasını azaldır. Bu zaman sahib milçək yumurtalarının 98%- də platiqaster parazitləri məskunlaşır. Pambıq sahələrində qış aratının aparılması torpaqda qışlayan pambıq sovkasının 85-90%-nin məhv olması ilə nəticələndiyi  müəyyən edilmişdir. Bu da kimyəvi zəhərli preparatlardan dəfələrlə sovkaya qarsı tarlalara tətbiq olunmasının qarşısını xeyli azaldır.

Xüsusilə kənd təsərrüfatı bitkilərinin  xəstəlik və zərəvericilərə kompleks davamlı sort və formaların yaradılması xüsusi əhəmiyyət kəsb edir. Buna misal olaraq sürmə və pas xəstəliklərinə qarşı mübarizədə bu xəstəliklərə davamlı sortların toxumlarının səpilməsi yüksək effekt verir.Pas xəstəliklərinin müxtəlif növlərinə qarşı payızlıq buğdanın yüksək davamlı  Bezostaya-1, Qafqaz və Avropa sortlarından istifadə olunur.

Bitkilərin aqrotexniki mübarizə sisteminə xəstəliklərə davamlı sort və hibridlərin istifadə edilməsi, polietilen istixanalarda hava və torpaqda tempuratur və rütubət rejiminin optimal səviyyədə saxlanılması, suvarma suyunun tempuraturunun 20-250C olması süni torpaqlarda steril substratdan istifadə olunması, təbii torpaqlarda ağac ovuntularından, təmiz torfdan, xırdalanmış köklərdən istifadə edilməsi, istixanalarda alaq otlarının məhv edilməsi və ətrafının isə zibillərdən təmizlənməsi kimi tədbirlərin həyata kecirilməsi. Alaq otlarına qarşı vaxtında aparılan mübarizə, əsasən də ayrıqotuna qarsı, torpağın 10-15 sm dərinliyində dəqiq işlənməsi, əhəngli turş torpaqlar məftil qurdlarından azad olması deməkdir. İstixana torpaqlarının güclü şəkildə sürfələrlə sirayətlənməsi zamanı aldadıcı yemlərdən istifadə olunması yüksək effekt verir. Aldadıcı yem kimi kartofdan yerkökündən və çuğundurdan istifadə edilməsi məsləhət görülür.

Səpin və əkin materiallarının seçilməsi. Bitkilərin toxumları, soğanaqları, kökyumruları, gövdəyumruları, qələmləri, şitilləri, tingləri diqqətdən keçirilir, çünki onlara müxtəlif zərərvericilər və xəstəliktörədicilər yayıla bilər. Toxumlar vasitəsilə göbələk xəstəlikləri soluxma, çürümə, ləkəlilik və digər xəstəliklərm yayıla bilməsi məlumdur. Qələmlərdə kif və çürümə olarsa, onların kökləndirilməsi yolverilməzdi. Əkinqabağı onların seçilməsi və məhv edilməsi vacibdir. Xəstəliklə sirayətlənmiş toxumlar və əkin materialları çıxdaş, məhv edilməli və yandırılmalıdır, lazım gəlsə zərərləşdirmək məqsədə uyğundur.

Torpağın becərilməsi. Torpağın becərilməsi aparılan sahələrdə zərərli orqanizimlərin qış ehtiyatı və torpaqda olan xəstəlik törədicilərinin 25-30 sm dərinliyə düşməsi onun 80-90%-nin məhv olmasına səbəb olur. Qışda verilən dondurma suyu torpaqda və bitkilərin kök qalıqlarında xəstəlik törədicilərinin inkişafının qarşısını alır və ya yayılma intensivliyini azaldır.

Davamlı sortların yaradılması. Davamlı sortların yaradılması xəstəliklərin yayılmasının qarşısının alınmasında mühüm tədbirlərdəndir. Bitkinin ona ixtisaslaşmış xəstəlik tördiciləri ilə bilavasitə kontakta olduğu vaxt yoluxmaması sortun xəstəliyinə qarşı davamlılığının göstəricisidir. Bu bitkinin xəstəliyə qarşı immuniteti adlanır.

Mineral və üzvü gübrələrlə yemləmə. Bitkilərin normal inkişaflarında, qida elementləri ilə təmin olunmasında, bununla da xəstəliklərə qarşı davamlılığın yüksəlməsində böyük rol oynayır. Torpaqda hər hansı qida elementinin çatışmazlığı bitkilərdə xəstəliklərlə müşayiət olunur. Odur ki, torpağın aqrokimyəvi analizi nəticəsində əkilən bitkinin normal inkişafını t əmin edən qida mühiti yaradılmalıdır. Bunun üçün üzvü və mineral gübrələrdən istifadə edilir. Bir çox xəstəliklərə gübrələrin münasibətinin müsbət təsiri onunla izah olunur ki, onlar bitkilərin inkişaf sürətini intensivliyni artıırır, onlarin sirayətlənməsinin qarşısını alır.  Gübrələrin torpağa verilməsi zamanı diqqətli olmaq lazımdır, azot gübrəsinin artıq verilməsi nəticəsində bitkilərin vegetasiya müddəti uzanır, bu isə bitkilərin bir sıra xəstəliklərə sirayətlənmə qabiliyyətini artırır, məsələn, pas xəstəliyi (dənli taxıl bitkiləri) və fitoftoroz xəstəliyi (kartof bitkisində). Kalium və fosfor gübrələri çox hallarda bitkilərin davamlılığını yüksəldir, xəstəliyin inkişafını ləngidir. Bu gübrələrin payızda əkin sahələrinə əlavə yemləmə  halında verilməsi dənli bitkiləri  (pas, qar kifi) , yonca bitkisində (xərçəng) xəstəliklərinə qarsı mübarizədə əsas tədbirlərdən  biri hesab olunur. Bir sıra gübrələr mühitin kimyəvi xüsusiyyətini dəyişməklə bitkilərin sirayətlənməsini aşağı salır.

Əkin vaxtı. Əkin vaxtının bitkinin inkişafında böyük əhəmiyyəti olduğu kimi, xəstəliklərə qarşı bitkilərin müqavimətinin yüksəlməsində də əhəmiyyətli rola malikdir. Taxıl, kartof, bostan, pambıq və başqa birillik bitkilərin səpin və əkin vaxtı elə dövrdə aparılmalıdır ki, xəstəliklərin optimal inkişaf dövründə artıq mədəni bitkinin  məhsulu yığılsın və ya xəstəliyin davamlı vegetasiya dövründə olsun.

Əkin sxemi. Toxum səpilərkən və yaxud əkin materialları (tinglər, şitillər) əkilərkən onların əkin sxemi və torpağın hansı dərinlikdə olmasının xəstəliklərlə sirayətlənməsində v ə ya onlara qarşı davamlı olmasında mühüm əhəmiyyəti var. Əgər taxıl sıx cəpilərsə və dərinə düşərsə, cücərtilərin torpaqdan çıxması ləngiyir, əkin sıx olur, aerasiya pisləşir və n əticədə müxtəlif xəstəlik və zərərvericilərlə z ədələnmə faizi yüksək olur. Tinglərin, həmçinin şitillərin də torpaqa basdırılma dərinliyində optimal hədd gözlənilməlidir.

Bitki qalıqlarının məhv edilməsi. Bir cox zərərvericilər və xəstəlik törədicilər müxtəlif bitki qalıqlarında və tökülmüş yarpaqların altında qışlayır. Ona görə də, qurumuş və xəstə bitkiləri, yaşlı gövdələrin kəsilməsi, tökülmüş yarpaqların yığılması və məhv edilməsi məsləhət görülür. Gələn ildə  zərərvericilərin və xəstəlik törədicilərin meydana çıxmasına imkan verilməməlidir.

Bitkilərin suvarılması. Düzgün aparılmayan suvarma və çiləmə əsasən həddindən artıq rütubət yaranır və tempuraturun aşağı düşməsi xəstəliktörədicilərin inkişafi üçün də əlverişli şərait yaradır. Kif göbələklərinin inkişafı üçün də əlverişli şərait yaranır.Parnik və oranjereyalarda bitkilərin sıx əkilməsi (səpilməsi) artiq rütubətin yaranması nəticəsində, bitkilır əsasən xəstəliklərə daha cox sirayətlənirlər. Oranjereyalarda tropik bitkilərin becərilməsi zamanı bol suvarilması, havada rütubətin 80%-ə və daha artıq olur və bitkinin temperaturu üçün 32-350C normal şərait yaranır. Bu cür şəraitin yaranması hörümçək tor gənəciklərini  məhv edir.

Havalandırma (ventilasiya). Bitkilərin normal inkişafı üçün təmiz havanın olması vacibdir, ona görə də, bitkilər becərilən otaqlarda havalandırma həyata keçirilməlidir, havalandırma olmazsa bitkilərin yarpaqları çox vaxt çürüyür, qönçələr tökülür çiçəklənmə pisləşir.

Alaq otlarının məhv edilməsi. Müxtəlif alaq otlarında bir cox zərərvericilər qidalanır qışlayır, alaq otları onların coxlarması üçün ocaq hesab olunur. Yazda və yayın əvvəlində alaq otlarında çiyələk birəsi, kələm mənənəsi, taxıl yastıcası və digər zərərvericilər mədəni bitkilərə keçməmişdən əvvəl alaq otlarında qidalanirlar, ona görə də, alaq otlarının mütləq məhv edilməsi vacibdir. Bundan başqa, alaq otları rütubətin və torpağın gücdən düşməsinə səbəb olur, eyni zamanda alaq otlarının bir neçə növü ilə qidalanan çoxsaylı zərərvericilər sahədə geniş şəkildə yayılması üçün əlverişli şərait yaranır və onların sayının artmasına səbəb olur.

Beləliklə, növbəli əkinə, torpağın işlənilməsi texnologiyası səpinin optimal vaxtının  seçilməsi və toxumların səpin dərinliyi gübrələrin balanslaşdırılmış verilməsinə ciddi əməl edilməlidir, Həmçinin digər aqrotexniki tədbirlərdən istifadə olunması bitkilərin normal inkişafına və  bir sıra zərərvericilərə davamlılığını  əhəmiyyətli dərəcədə yüksəldir və onların ziyankarlığını aşağı salır.

Aqrar Xidmətlər Agentliyi

Bitki Mühafizə və Texniki Bitkilər

Elmi-Tədqiqat İnstitutu

 

TAXIL ƏKİNLƏRİNDƏ İNTEQRİR MÜBARİZƏ TƏDBİRLƏRİ SİSTEMİ ÜZRƏ  

T Ə L İ M A T

 

BMTB ETİ

© 2020 BMTB ETİ