Xəbərlər

2020-ci il “Beynəlxalq bitki sağlamlığı ili”nə həsr olunmuş bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda regional videokonfrans keçirilib.

 

Onlayın baş tutan tədbirdə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ,Bitki Mühafizəsi üzrə Beynəlxalq Konvensiyanın Katibliyi- Jingyuan Xia, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri İnam Kərimov, Bitki Mühafizəsi və Karantini üzrə Avropa və Aralıq dənizi Təşkilatının nümayəndəsi Nico Horn, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev, FAO-nun Azərbaycandakı nümayəndəsi Mələk Çakmak, Gürcüstan Kənd Təsərrüfatı Nazirliyi yanında Milli Qida Agentliyinin, Rusiya Baytarlıq və Fitosanitar Federal Xidmətinin, Elmi –tədqiqat institutlarının ,Bakı Dövlət Universitetinin,Azərbaycan Dövlət Aqrar Universitetinin və digər təşkilatların nümayəndələri iştirak ediblər. Videokonfransda Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilov “Bitki mühafizəsi və inteqrir mübarizə tədbirlərinin təşkili” movzusunda çıxış edib.

BMTB ETİ

© 2020 BMTB ETİ