Xəbərlər

“Elmi Tədqiqat İnstitutları ilə Regional Aqrar Elm və İnnovasiya Mərkəzləri arasında elmi əlaqələrin təşkili” mövzusunda onlayın videokonfrans keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Elmi Tədqiqat İnstitutları ilə Regional Aqrar Elm və İnnovasiya Mərkəzləri arasında elmi əlaqələrin təşkili” mövzusunda onlayın videokonfrans keçirilib.

Onlayın keçirilən konfransda Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İmran Cümüşüdov, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktor müavini Fərman Kərimov, Aqrar Elm və İnnovasiya Mərkəzinin Şöbə müdiri Cavanşir Təlai, Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin və elmi–tədqiqat institutlarının direktorları, direktor müavinləri, şöbə müdirləri və elmi katibləri  iştirak ediblər.Videokonfransda AEİM-in direktor müavini Fərman Kərimovun “Elmi nailiyyətlərin və qabaqcıl təcrübənin tətbiqi ilə əlaqədar Eimi-Tədqiqat İnstitutları ilə Regional Aqrar Elm və İnnovasiya Mərkəzləri arasında əməkdaşlığın təşkili”, AEİM–in şöbə müdiri Cavanşir Təlainin“Eimi-Tədqiqat İnstitutlarının bölgələrdə toxumçuluq fəaliyyəti ilə məşğul olan təcrübə təsərrüfatlarında payızlıq əkinlərinin gedişi movzusunda cıxışları dinlənilib və mövzular ətrafında müzakirələr aparılıb.Videkonfransda iştirak edən Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktor müavini Sahib Cabbarov cıxışında institunda yaradılmış yerli pambıq sortları , pambıqçılıq rayonlarında qoyulmuş nümayiş taralaları və fermerlərlə keçirilən  seminarlar barədə məlumat verib.

 

 

 

 

 

 

BMTB ETİ

© 2020 BMTB ETİ