Xəbərlər

Ağcabədi rayonunda BM TBETİ-nin və Ağcabədi DAİM-nin birgə təşkilatçılığı ilə elmi-praktik seminar və tarla günü keçirilmişdir.

               Ağcabədi rayonunda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun, eləcə də Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) birgə təşkilatçılığı ilə “Azərbaycanda pambıqçılığın inkişafı və yerli sortların müqayisəli nümayişi” mövzusunda .Seminarda BMTB ETİ-nin direktoru Elçin Xəlilov, Beyləqan RAEİM-in direktoru Mirağa Kazımov, Ağcabədi DAİM-in direktoru Abbas Süleymanov, BMTB ETİ-nin alimləri Mahirə Vəliyeva, Ələddin Tağıyev və ətraf rayonların pambıqçı fermerləri iştirak ediblər. Seminar Ağcabədi rayon Təzəkənd kəndində fermer Rizvan Şıxəliyevə məxsus pambıq təsərrüfatında baş tutub. Tədbir çərçivəsində fermerler yerli sortların nümayiş əkinləri ilə tanış olublar. BMTB ETİ-nin mütəxəssisləri tarlada fermerlərə yerli sortların təsərrüfat əhəmiyyətı, xəstəlik və zərərvericilərə qarşı interqrir mübarizə tədbirləri barədə geniş məlumat veriblər və maarifləndirici bukletlər paylayıblar. Sonda bölgə fermerlərini maraqlandıran suallar BMTB ETİ-nin alimləri tərəfindən cavablandırılıb.

BMTB ETİ

© 2020 BMTB ETİ