Xəbərlər

Salyan rayonunda BM TBETİ-nin və Salyan RAE İM-min birgə təşkilatçılığı ilə elmi-praktik seminar keçirilmişdir.

              Salyan rayonunda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu və Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin birgə təşkilatçılığı ilə "Azərbaycanda pambıqçılığın inkişafı və yerli sortların müqayisəli nümayişi" mövzusunda elmi-praktik seminar keçirilib. Seminarda institutun alimlər, pambıqçılıq şirkətlərinin nümayəndələri və bu sahə ilə məşğul olan fermerlər iştirak edib.Açıq tarla şəraitində, sosial izolyasiya qaydalarına riayət edilməklə təşkil olunan seminarda Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru Elçin Xəlilov çıxış edərək, fermerlərə və təsərrüfat sahiblərinə aqrar sahə mütəxəssisləri üçün keçirilən onlayn təlimlər haqqında məlumat verib.Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun seleksiya şöbəsinin müdiri Ələddin Tağıyev "Azərbaycanda pambıqçılığın inkişafında yerli sortların rolu və təqdimatı", İnformasiya təminatı və elmi nəticələrin tətbiqi şöbəsinin müdiri Mahirə Vəliyeva "Pandemiya şəraitində keçiriləcək tədbirin məqsəd və məramı”, mövzularında çıxışlar ediblər.Seminarda müzakirələr aparılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib. Sonda tarlada nümayiş olunan sortlara baxış keçirilib.

BMTB ETİ

© 2020 BMTB ETİ