Xəbərlər

BM TBETI-nin Ucar Təcrübə Stansiyasının sahəsində Çin texnologiyası ilə becərilmiş pambığın bioloji məhsuldarlığı təyin edilmişdir.

05.09.2020 - ci il tarixində Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Ucar Təcrübə Stansiyasının sahəsində Çin texnologiyası ilə becərilmiş pambığın bioloji məhsuldarlığı təyin edilib. Bioloji məhsuldarlığın təyin edilməsində Kənd Təsərrüfatı Nazirinin müşaviri Ş.Vəkilov, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru İ.Cümşüdov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru dos.E.Xəlilov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Texniki Bitkilərin Toxumçuluğu şöbəsinin müdüri M.Kazımov və Genetika laboratoriyasının böyük elmi işçisi S.Eldarov, Ucar Təcrübə Stansiyasının direktoru və işçiləri iştirak ediblər.
Təcrübə sahəsinin bir hektarında bitki sayı,bir bitkinin orta məhsulu və sahənin məhsuldarlığı müəyyən edilib.

             

BMTB ETİ

© 2020 BMTB ETİ