Xəbərlər

BM TBETİ-nin Abşeron Təcrübə Stansiyasının istehsal etdiyi feromon hopdurulmuş dispenserlərin sınağı aparılmışdır.

          Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Samux baza təcrübə sahəsində institutun Abşeron Təcrübə Stansiyasının istehsal etdiyi feromon hopdurulmuş dispenserlər və Moldova Respublikasından gətirilmiş feromon hopdurulmuş dispenserlerin pambıq sahəsində müqayisəli sınağı aparılır.
Məlumat üçün qeyd edək ki, feromonlar ziyanverici həşəratlarla səmərəli mübarizədə geniş istifadə olunur. Məsələn, pambığın səpinində, bağçılıqda və meşə təsərrüfatında bu üsuldan geniş istifadə edildikdə insektisidlərin sərfini azaldır. Çünki, insektisiddən istifadə edildikdə, ziyanverici həşərat ilə bərabər lazımlı həşəratlarda məhv edilir. Feromonun köməyi ilə ziyanvericilərin sayı müəyyənləşdirilir. Bunun üçün xüsusi polimer lifindən hazırlanmış qutuya feromon və insektisid yerləşdirilir və bununla da həşəratların sayı müəyyənləşdirilir.Feromon tələsi həşəratları cəlb etmək üçün feromondan istifadə edilən bir həşərat tələsidir.

https://www.facebook.com/bmtbeti/videos/351018382568711/?_

BMTB ETİ

© 2020 BMTB ETİ