Xəbərlər

BM TBETİ-da pambıqçılığın inkişaf etdidirilməsi üçün layihə icrası həyata keçirilir.

          Kənd Təsərrüfatı Nazirliyinin və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin birgə təşəbbüsü ilə pambıqçılığın inkişaf etdirilməsi üçün Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda “Xəstəlik, quraqlıq və şoranlığa qarşı davamlı mutant pambıq xətlərinin yaradılması” layihəsinin icrası həyata keçirilir. Layihədə əsas məqsəd ekoloji şəraitin və stress amillərin mənfi təsirlərinə davamlı pambıq sortlarının yaradılması, yeni yaradılan pambıq sortlarını fermer təsərrüfatlarına tətbiq etməkdir. Bu isə ölkəmizdə xam pambığın dinamik inkişafını təmin etmək və toxuculuq sənayesinin xam mahlıca olan tələbatını təmin etməyə rəvac verir. Qamma şüalarının müxtəlif dozalarda pambıq bitkisinin toxumuna təsirindən seleksiya üçün başlanğıc materialın alınması yeni sortların yaradılmasında əsas hədəflərdən sayılır. Seleksiyaçılarımızın yaratdıqları Gəncə-78 və Gəncə-80 pambıq sortlarının toxumları AMEA-nın Radiasiya Problemləri İnstitutunda Co60 izotopu ilə şüalandırılmışdır. Layihədə iki bölgə üzrə: Samux rayonu təcrübə sahələrində süni infeksion vilt fonunda xəstəliklərə davamlı, Ucar rayonun Şirvan Təcrübə Stansiyasında quraqlıq və şoranlığa qarşı davamlı mutant pambıq xətlərinin yaradılması istiqamətində tədqiqat işləri davam edir. Ötən il alınmış yeni mutant formalar üzərində bu il yenidən təkrar səpin aparılmaqla Şirvan Təcrübə Stansiyasında aparılan təcrübə işinə BM və TBETİ-nin direktoru Elçin Xəlilov, seleksiyaçı alim Ələddin Tağıyev, doktorant İntizar Zeynalova tarla baxışı keçirmişlər. Təcrübədə istifadə olunan sortların quraqlığa və şoranlığa dözümlü olması ilə yanaşı həm də tez və yüksək məhsuldarlığı ilə seçildiyini qeyd edən alimlərimiz pambıq sortlarının artıq sınaqdan uğurla çıxdığını qeyd etmişlər.

https://www.facebook.com/bmtbeti/videos/809224586278738/?epa=SEARCH_BOX

BMTB ETİ

© 2020 BMTB ETİ