Xəbərlər

BMTB ETİ-nin əməkdaşları Saatlı rayonu Mustafabəyli kəndində fermerlərin təsərrüfat sahələrində tarla baxışı keçirmişlər.

          BMTB ETİ-nin əməkdaşları Saatlı rayonu Mustafabəyli kəndində "Elçin- Ş" kəndli fermer təsərrüfatında 20 ha-da əkilmiş Gəncə-110 pambıq sahəsinə tarla baxışı keçiriblər. Tarlada Gəncə-110 pambıq sortunun hər kolunun üzərində 15-18 ədəd yetkin qoza olduğu və fermer tərəfindən yüksək aqrotexnikanın tətbiq edildiyi müşahidə edildi. BMTB ETİ- nin direktoru Elçin Xəlilov, Gəncə-110 pambıq sortunun müəllifi, seleksiyaçı alim Ələddin Tağıyev, Saatlı dayaq məntəqəsinin müdiri Ağaxəlil Soltanov və fermer Əliabbas Məmmədov pambıqçılıqda məhsuldarlığın artırılması üçün innovativ vasitələrdən istifadə edilməsini müzakirə ediblər.

BMTB ETİ

© 2020 BMTB ETİ