Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr olunan tədbir keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Institutun direktoru Dövlət Bayrağı günü münasibətilə tədbir iştirakçılarını  təbrik edərək bildirilib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib  Azərbaycan Xalq Cümhuriyyəti süqut edənədək  dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.  İbrahim Cəfərov  onu da qeyd edibki, Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi nəticəsində Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilib.

Daha sonra çıxış edən tədbir iştirakçıları tərəfindən üçrəngli dövlət bayrağımızın hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs və əziz olduğu bildirilib. Bayraq bir xalq üçün həm də onun şəhidlərinin, Vətən uğrunda gözünü qırpmadan canından keçənlərin nişanəsi olduğunu qeyd ediblər.

Tədbirdə Dövlət Bayrağı Gününə həsr olunmuş videoçarx izlənilib.

BMTB ETİ

© 2020 BMTB ETİ