Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də Zəfər Günü ilə əlqədar ”8 Noyabr Xalqımızın Zəfər Günüdür” adlı tədbir keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də Zəfər Günü ilə əlqədar ”8 Noyabr Xalqımızın Zəfər Günüdür” adlı tədbir keçirilib.

Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyə Cumhuriyyətiniin  Gəncədəki Baş konsulu Zeki Öztürk, ictimaiyyət nümayəndələri və institut əməkdaşları iştirak ediblər.

Tədbirdə Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İnstitutun direktoru, professor, AMEA-nın müxbir üzvü, İbrahim Cəfərov Zəfər Günü münasibətilə iştirakçıları təbrik edib, 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən söz açıb. Direktor tarixi qləbəmizdən danışarkən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasətinin Prezidentinin İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

 Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında qarşıdan gələn Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və xoş arzularını çatdırıb. O qeyd edib ki, sentyabrın 27-dən başlayan, 44 gün davam edən və işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilib. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirib.

Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk Azərbaycanın 44 günlük haqq savaşında Türkiyənin daim qardaş ölkəyə mənəvi dəstək olduğunu bildirib və tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edib. 

Tədbirdə çıxış edən tarixçi alimlər Elnur Həsənov və Vəfa Musayeva  Şanlı Qələbə ilə sona çatan Vətən müharibəsinin Azərbaycan tarixində yerindən, hərbiçilərimizin misilsiz qəhrəmanlıqlarından, xalqımızın birliyindən  söz açılıb. 

Sonda Zəfər Gününü əks etdirən videoçarx nümayiş olunub.

 

BMTB ETİ

© 2020 BMTB ETİ