Xəbərlər

BMTBETİ-nin əməkdaşlarının bilik və bacarıqlarını artırılması məqsədilə institutdaxili seminarlara start verilib.

BMTBETİ-nin əməkdaşlarının bilik və bacarıqlarını artırılması məqsədilə institutdaxili seminarlara start verilib.

İnstitutun direktoru AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təşkil olunan seminarların əhəmiyyətindən, bu istiqamətdə həyata keçirilən tədbirlərin, elmi-tədqiqatların istehsalatla inteqrasiyasının güclənməsində rolundan danışıb.

Daha sonra işçi qrafik əsasında Fitopatologiya şöbəsininin əməkdaşlarının “Buğda bitkisinin xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri” mövzusunda təqdimatları dinlənilib, nəticələr qiymətləndirilib tövsiyə və tapşırıqlar verilib.

Seminarların əsas məqsədi fermerləri elmin son nailiyyətləri ilə tanış edən və müvafiq tövsiyələr hazırlaya bilən, eləcə də müasir tələblərə cavab verən informasiya-məsləhət xidmətləri göstərən potensial təlimçilərin bazasını formalaşdırmaqdır.

BMTB ETİ

© 2020 BMTB ETİ