Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.

İnstitutun direktoru Aqrar elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov çıxış edərək, 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, müstəqillik gününün tarixi əhəmiyyətindən danışıb, həmçinin dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində Azərbaycan xalqının keçdiyi çətin, lakin şərəfli yoldan söz açıb. Bildirib ki, Ümummilli Liderin qurduğu müstəqil Azərbaycan Dövləti bu gün dünya miqyasında böyük nüfuza malikdir. O, Prezident İlham Əliyevin Ulu Öndərin müəyyənləşdirdiyi siyasəti uğurla həyata keçirdiyini qeyd edib.

Tədbirdə çıxış edən laboratoriya müdiri Qabil Bayramov Azərbaycan xalqının milli azadlıq mübarizəsindən və bu yolda keçdiyi çətinliklərdən danışıb.

Sonda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

BMTB ETİ

© 2020 BMTB ETİ