Xəbərlər

AMEA-nın müxbir üzvü, akademik İbrahim Cəfərov Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru vəzifəsinə təyin edilib.

AMEA-nın müxbir üzvü, akademik İbrahim Cəfərov Kənd Təsərrüfatı naziri İman Kərimovun imzaladığı Sərəncama əsasən Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin edilib.

Əminik ki, bitki mühafizəsi sahəsində elmin ən yüksək pilləsini fəth etməyə nail olmuş, çoxsaylı elmi əsərlərin  müəllifi, ölkədə bitki mühafizəsi üzrə kadır hazırlığında öz sözünü demiş İbrahim Cəfərov  Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun elmi bazasını və potensialını inkişaf etdirmək, dünyanın ən mötəbər elmi tədqiqat institutları ilə rəqabətə girə biləcək institutlar sırasında görmək üçün bilik və bacarığını əsirgəməyəcək.

Hörmətli akademikimiz İbrahim Cəfərovu ürəkdən təbrik edir, ona bu vəzifədə böyük uğurlar əldə etməsini arzu edirik.

BMTB ETİ

© 2020 BMTB ETİ