Xəbərlər

Saatlı rayonunda elmi-praktik seminar keçirilib.

Saatlı rayonunda Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin tədbirlər planına uyğun olaraq “Azərbaycanda pambıqçılığın mövcud vəziyyəti və yerli sortların müqayisəli nümayişi” mövzusunda elmi-praktik seminar keçirilib.

Pambıq əkinlərindən yüksək və stabil məhsul alınmasının elmi əsaslarla təmin olunması, torpaq mülkiyyətçilərinin maarifləndirilməsi məqsədilə təşkil olunmuş tədbirdə AXA-nın nümayəndələri, Bitki Mühafizə stansiyalarının əməkdaşları, pambıqçılıqla məşqul olan iri torpaq mülkiyyətçiləri iştirak ediblər.

Seminarda iştirakçıların çoxsaylı sualları cavablandırılıb. Daha sonra seminar öz işini fermer təsərrüfatında davam etdirib. Fermerlərlə yerli və xarici sortların müqayisəsi, əkin materialı kimi yerli sortlara üstünlük verməyin vacibliyi, yerli sortların yerli şəraiti uyğun olaraq yaradılması, tezyetişkənliyi, məhsulun tez yığılaraq sahənin sələf bitkiləri üçün vaxtında azad olunması, optimal müddətdə əsas becərmə işlərinin başlanması və digər mövzularda fikir mübadiləsi aparılıb.

BMTB ETİ

© 2020 BMTB ETİ