Xəbərlər

Salyan rrayonunda elmi-praktik seminar keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin planlı tədbiri olan “Azərbaycanda pambıqçılığın mövcud vəziyyəti və yerli sortların müqayisəli nümayişi” mövzusunda Salyan rayonu Sarvan kəndində yerləşən fermer Cəlilov Mərdan Xudaqulu oğluna məxsus pambıq tarlasında 08.09.2022 il tarixdə “Tarla günü” adlı Elmi-Praktik Seminar öz işinə başladı.

Seminarda Salyan və ətraf rayonların (Neftçala, Biləsuvar, Hacıqabul) pamçbıqçılıqla məşqul olan, iri torpaq mülkiyyətçiləri, Bitki Mühafizə stansiyalarının əməkdaşları iştirak etmişlər. Pambıq əkinlərindən yüksək və stabil məhsul alınmasının elmi əsaslarla təmin olunması, torpaq mülkiyyətçilərinin maarifləndirilməsi məqsədinə xidmət edən Elmi-Praktik Seminarda, Salyan rayon İH başçısının muavini Təranə İsmayılovanın iştiraki ilə kecən tədbirdə fermerləri maraqlandıran coxsaylı suallar cavablandırılmışdır.

Sonda tədbir iştirakçılarına pambıq bitkisinin zərərli orqanizmlərinə, becərmə texnologiyasına, eləcə də Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun nailiyyətləri olan, rayonlaşdırılmış 12 sortun (25 adda) bukleti hədiyyə olunmuşdur.

BMTB ETİ

© 2020 BMTB ETİ