Xəbərlər

Bərdə rayonunda elmi-praktik seminar keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin planlı tədbiri olan “Azərbaycanda pambıqçılığın mövcud vəziyyəti və yerli sortların müqayisəli  nümayişi” mövzusunda Bərdə rayonu Lək kəndində yerləşən Mehdiyev Adil Göyüş  oğlunun pambıq sahəsində 06.09.2022 il tarixdə “Tarla günü” adlı Elmi-Praktik  Seminar öz işinə başladı. Seminarda  Bərdə və ətraf rayonların (Tərtər, Yevlax,Goranboy)  pamçbıqçılıqla məşqul olan, aqrar sahənin rəhbərləri, iri torpaq mülkiyyətçiləri, Bitki Mühafizə stansiyalarının əməkdaşları iştirak etmişlər.

Pambıq əkinlərindən yüksək və stabil məhsul alınmasının elmi əsaslarla təmin olunması, torpaq mülkiyyətçilərinin maarifləndirilməsi məqsədinə xidmət edən tədbirdə, fermerləri maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır. Sonda tədbir iştirakçılarına pambıq bitkisinin zərərverli organizmlərinə və becərmə texnologiyasına eləcə də Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun nailiyyətləri olan, rayonlaşdırılmış 12 sortun ( 25 adda) bukleti hədiyyə olunmuşdur.

 

 

BMTB ETİ

© 2020 BMTB ETİ