Xəbərlər

Ağcəbədi rayonunda elmi-praktik seminar keçirilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin planlı tədbiri olan “Azərbaycanda pambıqçılığın mövcud vəziyyəti və yerli sortların müqayisəli nümayişi ” mövzusunda Ağcəbədi rayonu Təzəkənd kəndində fermer Şıxəliyev Rizvan Cümşüd oğlunun sahəsində 02.09.2022 il tarixdə “Tarla günü” adlı Elmi-Praktik Seminar öz işinə başladı.
Seminarda Ağcəbədi və ətraf rayonların (Beyləqan, İmişli, Ağdam) pamçbıqçılıqla məşqul olan, iri torpaq mülkiyyətçiləri, Bitki Mühafizə stansiyalarının əməkdaşları iştirak etmişlər. Pambıq əkinlərindən yüksək və stabil məhsul alınmasının elmi əsaslarla təmin olunması, torpaq mülkiyyətçilərinin maarifləndirilməsi məqsədinə xidmət edən Elmi-Praktik Seminarda, Ağcəbədi rayon İH başçısı cənab R.Hüseynov iştirak etmişdir. Maraqlı anlarla yadda qalan tədbirdə, fermerləri maraqlandıran çoxsaylı suallar cavablandırılmışdır.
Sonda tədbir iştirakçılarına pambıq bitkisinin xəstəlik və zərərvericilərinə, becərmə texnologiyasına, eləcə də Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun nailiyyətləri olan, rayonlaşdırılmış 12 sortun (25 adda) bukleti hədiyyə olunmuşdur.

BMTB ETİ

© 2020 BMTB ETİ