Xəbərlər

Zəhər qalığının təyini və alaqlarla mübarizə laboratoriyasının əməkdaşları kalium risinoleat məhlulu ilə növbəti yarpaqdan qidalanma aparıb.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin Zəhər qalığının təyini və alaqlarla mübarizə laboratoriyasının əməkdaşları işçi proqramına uyğun olaraq variantlara görə hazırlanmış müxtəlif qatılıqlı kalium risinoleat məhlulu ilə növbəti yarpaqdan qidalanma aparıb.
Məqsədimiz laboratoriyada hazırlanmış bioloji aktiv maddənin pambıq bitkisində baş verən fizioloji proseslərə təsirini araşdırmaqdır. Təcrübələr pambıq bitkisinin qozalarının tam yetişgənliyi dövrünədək davam etdiriləcəkdir. Son nəticədə isə məhsulda mahlıc çıxımı, lifin uzunluğu və lifin möhkəmliyi nəzarət varianti ilə müqayisə ediləcəkdir.

BMTB ETİ

© 2020 BMTB ETİ