Xəbərlər

“Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” Layihəsi çərçivəsində TARLA GÜNÜ keçirilib.

Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO), həyata keçirdiyi “Aqrar Məsləhət Xidmətlərinin Gücləndirilməsi” Layihəsi çərçivəsində Samux rayounda “TARLA GÜNÜ” keçirilib.
Günəbaxan sortlarının müqayisəsi üzrə təşkil olunmuş tədbirdə bir çox aqrar təşkilatlarla yanaşı Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun əməkdaşları da iştirak ediblər.
Tədbir zamanı ərzaq təhlükəsizliyinin təmin edilməsində və kənd əhalisinin güzəranının artırılmasında FAO-nun rolu, Pilot fəaliyyətlər və innovativ layihələr haqqında yeniliklər, Fermerlərin yaxşı və etibarlı AMX istifadə etmə hüquqları, RTM-nin nümayiş sahəsində əkilmiş sertifikatlı toxum sortları ilə digər günəbaxan sortlar arasında real fərqlər müzakirə edilib. Mütəxəssislər tərəfində fermerlərin sualları cavablandırılıb.
Tədbirin sonunda iştirakçılarla birlikdə fermerin nümayiş sahəsinə səfər təşkil olunub.

BMTB ETİ

© 2020 BMTB ETİ