Xəbərlər

BMTBETİ və Türkiyənin "ProGen Tohum A.Ş." şirkətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən layihənin icra işləri davam edir.

Bitki Mühafizə və Texnikilər Bitkilər Elmi Tədqiqat İnstitutu və Türkiyənin "ProGen Tohum A.Ş." şirkətinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Məhsuldar, lif çıxımı və lifin keyfiyyəti yüksək olan, yerli torpaq-iqlim şəraitinə uyğunlaşan və stres faktorlara qarşı davamlı yeni pambıq sortlarının yaradılması" mövzusunda layihənin icra işləri davam edir.

Layihədə pambıq sortlarının adaptasiya qabiliyyətinin öyrənilməsi üçün 3 pambıqçılıq bölgəsində - Samux, Beyləqan və Ucar rayonlarında tədqiqatlar aparılır. BMTBETİ-nin direktoru Elçin Xəlilovun, layihənin kordinatorları "ProGen Tohum A.Ş." şirkətinin mütəxəssisi İsmayıl Abayın, institutun şöbə müdiri Ələddin Tağıyevin və digər əməkdaşların iştirakı ilə hər üç rayonda tədqiqat sahələrinə baxış keçirilib. Nəticədə Samux rayonunda Armada, Lazer, Gəncə-182; Beyləqan rayonunda Lazer, BA 1010, Gəncə-182; Ucar rayonunda isə BA-112, BA -112, BA -1010 , Gəncə-160 pambıq sortlarının inkişafı daha üstünlük təşkil etdiyi müəyyən edilib.

Qeyd edək ki, layihədə "ProGen Tohum A.Ş." şirkətinin 6, yerli pambıqdan isə 2 sortun biomorfoloji xüsusiyyətləri, təsərrüfat qiyməti əlamətləri müqayisəli şəkildə öyrənilir.





BMTB ETİ

© 2020 BMTB ETİ