Xəbərlər

BMTBETİ-nin əməkdaşları “MKT İstehsalat Kommersiya” MMC-nin təşkil etdiyi "Açıq tarla günləri" tədbirində iştirak ediblər.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin əməkdaşları “MKT İstehsalat Kommersiya” MMC-nin təşkil etdiyi "Açıq tarla günləri" tədbirində iştirak ediblər.

"MKT İK" MMC-nin Yevlax İnnovasiya Fermer təsərrüfatında təşkil edilmiş tədbirdə bir sıra yerli və xarici şirkətlərin nümayəndələri, respublikanın müxtəlif rayonlarından gələn fermerlər iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd şirkətin innovasiya təsərrüfatlarında sınaq məqsədi ilə əkilmiş pambıq sahələrinin nəticələri ilə ictimaiyyəti tanış etməkdir.
Tədbir çərçivəsində ilk öncə sahələrə baxış keçirilib. Real nəticələrlə tanış olan fermerlərin sualları toxum növlərinə görə cavabdeh olan təmsilçilər tərəfindən yerində cavablandırılıb.
Tədbirin ikinci hissəsində Azərbaycanda pambıqçılığın inkişafı üçün görülməli olan innovasiya tədbirləri müzakirə olunub. Daha sonra şirkət təmsilçiləri çıxış edərək öz məhsullarını fermerlərə təqdim ediblər. BMTBETİ-nin şöbə müdiri Ələddin Tağıyev də çıxış edərək institutun seleksiya nailiyyəti, eyni zamanda müəllifi olduğu pambıq sortları haqqında ətraflı məlumat verərək, sortların üstün cəhətlərini tədbir iştirakçılarının nəzərinə çatdırıb.

BMTB ETİ

© 2020 BMTB ETİ