Xəbərlər

Ucar rayonunda ilkin və müsabiqəli sort sınaqlarına növbəti tarla baxışı keçirilib.

Texniki Bitkilərin Seleksiyası şöbəsinin əməkdaşları tərəfindən Ucar rayonu Şirvan Təcrübə Stansiyasında ilkin və müsabiqəli sort sınaqlarına növbəti tarla baxışı keçirilərək sortların perespektivliyi qiymətləndirilib. 

Seleksiyaçılarımızın yaratdıqları Gəncə-160 pambıq sortunun elit toxumçuluq sahəsində sort təmizliyinə nail olmaq üçün təcrübə stansiyasının əməkdaşlarına metodik köməklik göstərilib. Daha sonra isə Türkiyənin “Seed ProGen”  şirkətinin 6 və yerli 2 pambıq sortlarının müqayisəli öyrənildiyi təcrübə sahəsində fenoloji müşahidələr aparılıb.

Qeyd edək ki, pambıq sahəsində hal-hazırda  bitkilər bar toplama mərhələsindədir.

BMTB ETİ

© 2020 BMTB ETİ