Xəbərlər

Entomologiya və Fitopotologiya şöbəsinin əməkdaşları Bərdə, Tərtər rayonları ərazisində monitorinqlər aparıblar.

Entomologiya və Fitopotologiya şöbəsinin əməkdaşları Bərdə, Tərtər rayonları ərazisində yerləşən pambıq sahələrində monitorinqlər aparıblar. Monitorinq zamanı pambıq bitkisində bəzi xəstəlik və zərərvericilər aşkar edilərək iqtisadi ziyanlı həddi təyin olunub. Məlum olub ki, tarlada rast gəlinən xeyirli entomofaunalar aşkar edilən  az miqdarda zərərvericilərin azalmasına təsir göstərə bilər. Buna görə də kimyəvi mübarizə tədbirlərinin aparılması tövsiyyə edilməyib. 

Bərdə və Tərtər rayonlarda eyni zamanda şəkər çuğunduru sahələrində də müşahidələr aparılıb, bitkilərdə unlu şeh ve serkosporoz xəstəlikləri müəyyən edilib. Fermerlərə təcili kimyəvi mubarizə tədbirlərinin aparılması haqqında ətraflı məlumat verilib.

BMTB ETİ

© 2020 BMTB ETİ