Xəbərlər

Pestisidlərin, bioloji və aqrokimyəvi maddələrin sınağı laboratoriyasının əməkdaşları Tovuz rayonunun meyvə bağlarında müşahidələr aparıblar.

Pestisidlərin, bioloji və aqrokimyəvi maddələrin sınağı laboratoriyasının əməkdaşları Tovuz rayonunun meyvə bağlarında müşahidələr aparıblar.

Zərərvericilərin yayılması, növ tərkibinin aşkar edilməsini öyrənmək məqsədilə aparılan müşahidələr zamanı əsasən yarpaqlarda və meyvədə kəpənəklər dəstəsinə aid olan alma güvəsinin zədəsi aşkar edilib. Bundan əlavə meyvə üzərində bərabərqanadlılar dəstəsinə aid yastıcalar müşahidə edilib.

Əməkdaşlarımız meyvə bağlarından davamlı olaraq bol və keyfiyyətli məhsulun əldə olunması üçün mövsümə uyğun olaraq lazımı aqrotexniki və bitki mühafizə tədbirlərinin görülməsi mühüm əhəmiyyət kəsb etdiyini fermerlərin diqqətinə çatdırıblar.

BMTB ETİ

© 2020 BMTB ETİ