Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu tərəfindən növbəti təlim Bərdə rayonunda keçilib.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ və Bərdə Regional Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə "Pambıq bitkisinin becərilməsində aparılan aqrotexniki tədbirlər, xəstəlik və zərərvericilərə qarşı inteqrir mübarizə tədbirləri" mövzusunda növbəti təlim Bərdə rayonunda keçirilib. Təlim BMTBETİ-nin seleksiya nailiyyəti olan rayonlaşmış pambıq sortlarının yayımı məqsədilə salınmış nümayiş tarlasında təşkil olunub. 

Təlimdə BMTBETİ-nin nümayəndələri, mütəxəssislər, eləcə də Bərdə rayonunda pambıqçılıqla məşğul olan fermerlər iştirak edib. 

Təlimdə bildirilib ki, respublikamızda pambıq sovkası, tor gənəsi, payızlıq sovka, mənənə, trips, karadrina, pambığın əsas zərəvericilərindən sayılır. Düzgün planlaşdırılmış müşahidə və mübarizə sistemi pambığı bu cür təhlükəli zərərvericilərdən qorumağa imkan verir. Vurğulanıb ki, pambıq sahələrində bu zərərvericilərin çoxalmasının qarşısını almaq üçün aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərindən kompleks formada istifadə edilməlidir. 

Təlim iştirakçılarına pambıqçılıqda xəstəlik və zərərvericilərə qarşı mübarizə ilə bağlı kimyəvi preparatlardan istifadə qaydaları izah olunub, bu zaman təhlükəsizlik qaydalarına əməl olunması ilə əlaqədar tövsiyələr verilib.

Daha sonra nümayiş əkinlərinə baxış keçirilib. Fermerlər seminarın praktiki və maarifləndirici əhəmiyyətinə görə öz minnətdarlıqlarını bildiriblər.

BMTB ETİ

© 2020 BMTB ETİ