Xəbərlər

Entomologiya şöbəsinin əməkdaşları mövzular planına uyğun olaraq Qazax rayonunda örtülü və açıq sahələrdə müşahidələr aparıblar.

Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin Entomologiya şöbəsinin əməkdaşları mövzular planına uyğun olaraq Qazax rayonunda örtülü və açıq sahələrdə müşahidələr aparıblar.

Öncə həm istixana, həm də açıq sahə şəraitində becərilən xiyar bitkisinin zərərvericilərinin növ tərkibi və yayılma arealı dəqiqləşdirilib. Müşahidələr zamanı bitkinin bostan mənənəsi, tor gənəciyi, minalayıci milçək və ağqanadlı ilə sirayətlənməsi aşkar olunub. Sirayətlənmə iqtisadi ziyanlı həddə çatmadığı üçün hal-hazırda kimyəvi mübarizə tədbirlərinin aparılmaması tövsiyyə olunub.

Əməkdaşlarımız tərəfindən eyni zamanda üzüm bağında da müşahidlər aparılıb. Müşahidələr zamanı az miqdarda salxım yarpaqbükəni fır və tor gənəsi aşkarlanıb. Kimyəvi mübarizə aparmaq tövsiyyə olundu.

BMTB ETİ

© 2020 BMTB ETİ