Xəbərlər

“Pambıq bitkisinin zərərvericilərinə qarşı mübarizə tədbirləri” mövzusunda növbəti təlim Ağdam rayonunda keçirilib.

Azərbaycan Respublikasi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstutunun birgə təşkilatçılığı ilə "Pambıq sahələrində pambıq zərərvericilerinə qarşı mübarizə tədbirləri" mövzusunda təlimlər davam edir. Növbəti təlim Ağdam rayonunda keçirilib. 

Tədbirdə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktoru, əməkdaşları, Bərdə Regional Aqrar Təlim Mərkəzinin mütəxəssisləri və pambıqçı fermerlər iştirak ediblər.

Təlim zamanı öncə tarlaya baxış keçirilib, daha sonra mütəxəssislər tərəfindən fermerlərə pambıq əkinlərində aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması, pambıq bitkisinin əsas zərərvericilərindən olan pambıq sovkasının biomorfoloji əlamətləri, zərəri, bu zərərvericiyə qarşı aparılan mübarizə tədbirləri, həmçinin tətbiq olunan kimyəvi preparatlar və işçi məhlulların hazırlanması barədə ətraflı məlumatlar verilib.

Daha sonra iştirakçılara pambıq tarlasında bioloji mübarizə üsulunun tətbiqi əyani şəkildə göstərilib, bioloji üsulun faydaları və ekoloji cəhətdən təmiz olması barədə fermerlər məlumatlandrılıb.

Tədbirin sonunda fermerlərə buklet və tövsiyələr paylanılıb. 

BMTB ETİ

© 2020 BMTB ETİ