Xəbərlər

“Pambıq bitkisinin zərərvericilərinə qarşı mübarizə tədbirləri” mövzusunda növbəti təlim Yevlax rayonunda keçirilib.

Azərbaycan Respublikasi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstutunun birgə təşkilatçılığı ilə "Pambıq sahələrində pambıq zərərvericilerinə qarşı mübarizə tədbirləri" mövzusunda təlimlər davam edir.  Növbəti təlim Yevlax  rayonunda keçirilib.  

Təlimdə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun nümayəndələri və   Bərdə Regional Aqrar Təlim Mərkəzinin  mütəxəssisləri və fermerlər iştirak ediblər.

Öncə pambıq tarlasına baxış keçirilib. Pambıqçılığn inkişafı, aqrotexniki qulluq, pambığın becərilməsi və ziyanvericilərə qarşı vaxtında tətbiq ediləcək  mübarizə tədbirləri haqqında məlumat verilib.  Həmçinin fermerlər kimyəvi mübarizə tədbirləri zamanı texniki  təhlükəsizlik qaydaları barədə məlumatlandırılıb.

Daha sonra Bioloji mübarizə vasitələrindən olan Brakon tüfeylisi  sahəyə buraxılıb və onun tarlada ziyanvericilərə qarşı mübarizə üsulu izlənilib. 

 Eyni zamanda biolji mübarizə üsulunun faydaları fermerlərin diqqətinə çatdırılıb.

Görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb və marifləndirici bukletlər paylanılıb.

BMTB ETİ

© 2020 BMTB ETİ