Xəbərlər

Texniki Bitkilərin Seleksiyası şöbəsinin əməkdaşları tərəfindən Beyləqan rayonu Mil Təcrübə Stansiyasında müsabiqəli sort sınaqlarına tarla baxışı keçirilib.

Texniki Bitkilərin Seleksiyası şöbəsinin əməkdaşları tərəfindən Beyləqan rayonu Mil Təcrübə Stansiyasında müsabiqəli sort sınaqlarına tarla baxışı keçirilib.

Tarla baxışının ilkin nəticəsinə görə “Gəncə-244” “Gəncə-274” və“Gəncə-291” pambıq sortları daha perspektivli hesab edilib.

Həmçinin Türkiyə və yerli sort toxumların sınaq və müqayisəli əkini aparılan pambıq tarlasına da baxış keçirilib və “Gəncə-160” və “Gəncə-182” pambıq sortlarının inkişafı yüksək qiymətləndirilib.

Mil Təcrübə Stansiyasında 10 hektar sahədə Gəncə-182 pambıq sortunun elit toxumçuluq işi qurulub və bu sahədə fenoloji müşahidə zamanı bitkilərin bar toplama mərhələsində olduğu müəyyənləşdi.
Qeyd edək ki, təcrübə Sahəsində 2 dəfə kompleks becərmə işləri aparılıb, vegetasiya suvarması başa çatdırılıb və bitkilərdə kütləvi çiçəkləmə fazası başlayıb.

BMTB ETİ

© 2020 BMTB ETİ