Xəbərlər

“Pambıq bitkisinin zərərvericilərinə qarşı mübarizə tədbirləri” mövzusunda növbəti təlim Sabirabad rayonunda keçirilib.

Azərbaycan Respublikasi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstutunun birgə təşkilatçılığı ilə "Pambıq sahələrində pambıq ziyanvericilərinə qarşı mübarizə tədbirləri" mövzusunda növbəti təlim Sabirabad  rayonunda keçirilib. 

Tədbirdə Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov, Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin (Zərərsizləşdirmə) rəisi Ceyhun İbrahimov, Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun direktoru Elçin Xəlilov, Salyan Regional Aqrar Təlim Mərkəzinin direktoru Vüqar Hüseynov, alimlər və fermerlər iştirak ediblər. 

Tədbirdə pambıq sahələrindən yüksək və keyfiyyətli məhsul əldə etmək üçün zərərverici və xəstəliklərə qarşı müşahidə və mübarizə tədbirlərinin vaxtında və düzgün aparılmasının vacibliyi fermerlərin diqqətinə çatdırılıb. Mütəxəssislər qeyd edibler ki, pambıq bitkisinin müxtəlif inkişaf fazalarında sahələr zərərvericilərlə, xüsusən mənənələr, tütün tor (hörümçək) gənəciyi, pambıq sovkası ilə sirayətlənir. Düzgün planlaşdırılmış müşahidə və mübarizə sistemi pambığı təhlükəli zərərvericilərdən qorumağa imkan verir.

Təlim zamanı Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin əməkdaşları tərəfindən pambıq sahəsində bioloji mübarizə üsulu əyani şəkildə tətbiq olunub. Brakon tüfeylisi canlı şəkildə sahələrə buraxılıb və onun tarlada ziyanvericilərə qarşı mübarizə üsulu izlənilib. Eyni zamanda, bioloji üsulun faydalarıbbarədə fermerlər məlumatlandrılıb.

Pambıqçı fermer Əfras Əsgərov bu səpgidə tədbirlərin keçirilməsinin fermerlər üçün faydalı olacağını və məhsul istehsalının artmasına öz töhfəsini verəcəyini bildirib.

Sonda fermerləri maraqlandırılan suallar cavablandırılıb və maarifləndirici materiallar paylanılıb.

BMTB ETİ

© 2020 BMTB ETİ