Xəbərlər

Beyləqanda "Şəkər çuğundurunun intensiv üsulla becərilməsi" mövzusunda təlim keçirilib.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin Beyləqan Regional Təlim Aqrar Mərkəzi və Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə "Şəkər çuğundurunun intensiv üsulla becərilməsi" mövzusunda təlim keçirilib.

Görüşdə Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun direktor müavini Natiqə İsmayılzadə, institutun əməkdaşları, Beyləqan Regional Aqrar Təlim Mərkəzinin direktoru Qurban İmranov, mütəxəssislər bir sıra aidiyyatı qurumların rəhbərləri və fermerlər iştirak ediblər.

Çıxış edənlər bildirİblər ki, müasir dövrdə respublikamızın kənd təsərrüfatı mütəxəssislərinin qarşısında texniki bitkilərin o cümlədən şəkər çuğundurunun məhsuldarlığının artırılması və məhsulun keyfiyyətinin yaxşılaşdırılması kimi çox mühüm və aktual məsələ durur. Dünya əkinçiliyində şəkər çuğundu ən qiymətli kənd təsərrüfatı bitkilərindən biridir. Bu bitkinin istər ərzaq sənayesinin, istərsə də heyvandarlığın yem bazasının təşkilində, inkişafında əhəmiyyəti çox böyükdür. Onun kökümeyvələrində şəkərlilik 15-20%-ə çatır. Bu da ondan şəkər istehsal etmək üçün zəmin yaradır. İnstitutun mütəxəssisləri elmi tədqiqatlara əsaslanaraq aqrotexniki və aqrokimyəvi, həm də texnoloji tədbirlərə əsaslanaraq şəkər çuğundurunun becərilmə üsulları barədə təlim iştirakçılarına məlumat veriblər. Bildirilib ki, şəkər çuğundurunun inkişafında və məhsuldarlığın artırılmasında gübrələrdən düzgün istifadə edilməlidir. Qeyd edilib ki, çuğunduru torpaqda olan qida maddələrinin miqdarına tələbkardır. Əgər torpaqda qida azlığı varsa bitkinin inkişafı zəifləyir. Buna görə də həmin torpaqlarda gübrə balansı (NPK) nizamlanmalıdır. Bundan başqa, şəkər çuğundurunun inkişafına və məhsuldarlığının artırılmasına torpağın su-fiziki xüsusiyyətləri də təsir edir. Şəkər çuğundurunun tədqiqatı iə məşğul olan tədqiqatçılar üzvü və mineral gübrələr tətbiq etdikdə məhsuldarlığın artdığını qeyd etdilər. Diqqətə çatdırılıb ki, əhalinin ekoloji cəhətdən təmiz, təhlükəsiz məhsullarla təminatının artırılması əsas məsələdir. Bitkilərin mineral gübrələrlə təminatının olduqca aşağı olması əkinçilik məhsullarının artırılmasında və torpağın münbitliyinin bərpasında əsas vasitə olmağı barədə iştirakçılara məlumat verilib.

Həmçinin əməkdaşlarımız tərəfindən fermerlərə şəkər çuğunduru sahələrində aqrotexniki tədbirlərin aparılmasının keyfiyyəti, bitkilərin inkişafı, zərərli orqanizmlərin məskunlaşma səviyyəsi və digər problemlər aşkarlanaraq onların təcili aradan qaldırılması üçün tövsiyələr verilib.

Tədbirin sonunda şəkər çuğundurunun becərilmə aqrotexnologiyası və müxtəlif zərərli orqanizmlərinə qarşı mübarizə tədbirləri haqqında buklet və tövsiyələr fermerlərə paylanılıb.

BMTB ETİ

© 2020 BMTB ETİ