Xəbərlər

Sabirabadda "Pambıq, yonca bitkisinin becərmə aqrotexnologiyası və zərərli orqanizmlərə qarşı mübarizə tədbirlləri" mövzusunda təlim keçilib.

Sabirabadda "Pambıq, yonca bitkisinin becərmə aqrotexnologiyası və zərərli orqanizmlərə qarşı mübarizə tədbirlləri" mövzusunda təlim keçilib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun əməkdaşı Mahirə Vəliyeva Cənubi Qafqazda təbii resursların idarə olunması, kənd yerlərinin davamlı inkişafı üçün ekosistem xidmətlərinin mühafizəsi (ECOserve-Almaniya) proqramı çərçivəsində Sabirabad rayonunda fermerlərə təlim keçib. Təlimdə BMTBETİ-nin direktoru Elçin Xəlilov, Almaniya beynəlxalq əməkdaşlıq cəmiyyətinin məsləhətçisi Sevinc Saruxanova, Samir Abbasov, Sabirabad rayon Bitki Mühafizə Mərkəzinin Rəisi Bəxtiyar Məmiyev və fermerlər iştirak ediblər.  

Təlimdə pambıq və yonca sahələrində zərərli orqanizmlərə qarşı mübarizənin aparılması və onların qarşısının vaxtında alınması istiqamətində zəruri tədbirlər barədə ətraflı məlumat verilib.

Nəzəri təlimdən sonra fermerlərə pambıq sahələrinə praktiki olaraq bitkinin xəstəliklərə yoluxma və zərərvericilərlə sirayətlənmə dərəcəsinin təyin edilməsi üsulları göstərilib. 

Sonda tədbir iştirakçılarına maarifləndirici materiallar paylanılıb və onları maraqlandırılan suallar ətraflı cavablandırılıb.

BMTB ETİ

© 2020 BMTB ETİ