Xəbərlər

Sabirabad rayonunda fermerlərə təlim keçilib.

Pambıq zərərvericilərinə qarşı mübarizə üsullarının tətbiqi” mövzusunda keçilən təlimdə  Aqrar Xidmətlər Agentliyinin sədr müavini Cəfər Məhərrəmov,  Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov, Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin direktoru Elçin Xəlilov, müavini Natiqə İsmayılzadə, institutun digər mütəxəsisləri bir sıra aidiyyatı qurumların rəhbərləri, nümayəndələri və pambıqçılıqla məşğul olan fermerlər iştirak ediblər. 

BMTBETİ-nin mütəxəssisləri  tərəfindən aparılan təlim fermer Xanməmməd Xanməmmədovun pambıq sahəsində baş tutub.

Tor gənəsinin pambıq bitkisinə vurduğu zərərindən, iqtisadi ziyanlı həddindən bəhs olunan tədbirdə ona qarşı aparılan mübarizə tədbirləri fermerlərin diqqətinə çatdırılıb.

Daha sonra mütəxəsislər   tərəfindən fermer təsərrüfatına baxış keçirilib.  Baxış zamanı 100 bitkiyə baxıldı, nəticədə 5 ha sahədə 10-15% tor gənəsinə sirayətlənmə müşahidə edildi.  Mütəxəssislər tor gənəsinin yayılmasının qarşısını almaq üçün fermerlərə yemləmə gübrəsi və qabaqlayıcı tədbirlərin aparılmasını tövsiyə ediblər. Eyni zamanda pambıq sovkasının ilk kəpənək uçuşunu proqnozlaşdırmaq üçün Abşeron Təcrübə Stansiyasının  istehsalı olan feromen tələlər hektara 2 ədəd olmaqla pambıq sahəsinə asılıb.

Həmçinin əməkdaşlarımız tərəfindən fermerlərə pambıq sahələrində aqrotexniki tədbirlərin aparılmasının keyfiyyəti, bitkilərin inkişafı, zərərli orqanizmlərin məskunlaşma səviyyəsi və digər problemlər aşkarlanaraq onların təcili aradan qaldırılması üçün tövsiyələr verilib.

Tədbirin sonunda institutun seleksiya nailiyyətləri olan  pambıq sortlarına, pambıq bitkisinin müxtəlif zərərli orqanizmlərinə aid buklet və tövsiyələr fermerlərə paylanılıb.

 

BMTB ETİ

© 2020 BMTB ETİ