Xəbərlər

BMTBETİ-nin əməkdaşı layihə çərçivəsində Kürdəmir rayon Karrar kəndində fermerlərə təlim keçib.

BMTBETİ-nin əməkdaşı a.e.f.d.,dos. M.A.Vəliyeva tərəfindən Cənubi Qafqazda təbii resursların idarə olunması, kənd yerlərinin davamlı inkişafı üçün ekosistem xidmətlərinin mühafizəsi ( ECOserve-Almaniya) proqramı və Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində Kürdəmir rayon Karrar kəndində fermerlərə "Pambıq, yonca bitkisinin becərmə aqrotexnologiyası və zərərli orqanizmlərə qarşı mübarizə tədbirləri " mövzusunda təlim keçilib.
Təlimdə fermerlərə pambıq və yonca sahələrində aparılan aqrotexnika qaydaları, müxtəlif zərərli orqanizmlər və onlara qarşı aparılan mubarizə tədbirləri barədə ətraflı məlumatlar verilib.
Sonda təlim iştirakçılarına müxtəlif zərərli orqanizmlər və onlara qarşı mübarizə tədbirlərini əks etdirən bukletlər, həmçinin İnstitutun seleksiya nailiyyətləri olan 12 rayonlaşmış pambıq sortunun bukletləri və 1 adda tövsiyə hədiyyə olunub.

BMTB ETİ

© 2020 BMTB ETİ