Xəbərlər

Pakistan Molekulyar Biologiyada Mükəmməllik Mərkəzinin ekspertləri və İslam İnkişaf Bankının nümayəndələri BMTBETI-də səfərdə olublar.

Pakistan Molekulyar Biologiyada Mükəmməllik Mərkəzinin ekspertləri və İslam İnkişaf Bankının nümayəndələri Bitki Mühafizə və Texniki Bitkilər ETİ-də səfərdə olublar.

PMBMM-nin direktoru Dr Tayyab Husnain, Mərkəzin seleksiyaçı mütəxəssisi Dr İdrees Ahmad, Genom redaktəsi üzrə mütəxəssis Dr Abdul Qayyum Rao, eyni zamanda İİB-in nümayəndələri, bölgə üzrə koordinatoru Ahmad Faruk Diken, Mərkəzi Asiya uzrə koordinatoru Kokorcan Aminov (Tacikistan) və Azərbaycan ofisinin nümayndəsi BMTBETİ-də olublar.
Səfər zamanı qonaqlar Biotexnologiya laboratoriyası, Texniki bitkilərin seleksiyası, Genetika və genefond, Texnologiya laboratoriyası və digər aidiyyatı şöbə və laboratoriyalarla tanış olublar.
İnstitutun direktoru Elçin Xəlilov institutun fəaliyyət istiqamətləti, pambıqçılığın inkişafı istiqamətində aparılan tədqiqatların uğurlu nəticələri barədə ətraflı məlumat verib. Biotexnologiya laboratoriyasının maddi texniki bazasının gücləndirilməsi, gələcəkdə molekulyar səviyyədə biotexnoloji tədqiqatların və analizlərin inkişaf etdirilməsi üçün görülən lazımi tədbirləri qonaqların diqqətinə çatdırıb.
Sonda əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

BMTB ETİ

© 2020 BMTB ETİ