Zaqatala meşələrində müşahidələr aparılıb.
BMTBETİ Xəstəlik və zərərvericilərin proqnozu laboratoriyasının əməkdaşları - Vüsalə Əliyva və Məmmədova Könül “Göy-göl, Şəki-Zaqatala və Lənkəran-Astara meşə ağacları zərərvericilərinin qısa və uzunmüddətli proqnozunun işlənib hazırlanması” mövzusuna əsasən tədqiqatlar aparmaq üçün Zaqatala rayonunun Aşağı Tala, Mişleş kənd ərazisində yerləşən meşə massivlərində marşrut müşahidlər aparıblar. Meşədə palıd, vələs, qarağac kimi ağaclarda zərərvericilərin növ tərkibini müəyyən etmək üçün nümunünələr götürülərək laboratoriyaya gətirilib.