Xəbərlər

"Cənubi Qafqazda təbii resursların idarə olunması və kənd yerlərinin davamlı inkişafı üçün ekosistem xidmətlərinin mühafizəsi" proqramı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təlimlər davam edir.

"Cənubi Qafqazda təbii resursların idarə olunması və kənd yerlərinin davamlı inkişafı üçün ekosistem xidmətlərinin mühafizəsi" (ECOserve-Almaniya) proqramı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində təlimlər davam edir.
Təlim Kürdəmir rayon Karrar kəndində təyin olunmuş fermer qrupu üçün keçilib.
"Payızlıq taxıl əkinlərində zərərli orqanizmlərə qarşı inteqrir mübarizə tədbirləri" mövzusunda təşkil olunmuş təlim BMTBETİ-nin əməkdaşı a.e.f.d.,dos. M.A.Vəliyevanın təqdimatında keçilib.
Təlim zamanı iştirakçılarla geniş müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Sonda təlim iştirakçılarına marifləndirici tövsiyə və bukletlər paylanılıb.

BMTB ETİ

© 2020 BMTB ETİ