Xəbərlər

BMTBETİ-nin yeni rayonlaşmış pambıq sortlarının yayımı məqsədilə nümayiş tarlasında pambıq səpinləri davam edir.

Bitki Mühafizə və və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun yeni rayonlaşmış pambıq sortlarının yayımı məqsədilə nümayiş tarlasında pambıq səpinləri davam edir.

Belə ki, bu gün Salyan rayon ərazisində fermer təsərrüfatında institutun seleksiya nailiyyətləri olan, hər cür ekstrimal şəraitə uyğunlaşan, plastik təbiətli 8 sortun nümayiş əkinlərinin səpini aparılıb.
Səpində BMTBETİ -nin direktoru, b.e.f.d., dos. E.A.Xəlilov, İnformasdiya təminatı, ictimaiyyətlə əlaqələr və elmi nəticələrin tətbiqi şöbəsinin müdüri, a.e.f.d., dos. M.A.Vəliyeva, Salyan DAİM-in direktoru T.Ə.Atamalıyev, Bitkiçilik sektorunun müdüri R.E.Əsgərli və s. əlaqəli məsul şəxslər iştirak edib.

BMTB ETİ

© 2020 BMTB ETİ