Xəbərlər

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qobustan rayonunda növbəti innovasiya festivalı keçirilib.

Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Qobustan rayonunda növbəti innovasiya festivalı keçirilib. Festivalda Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, “AMEA-nın Elm və Texnologiya Parkı” MMC, Azərbaycan Respublikasının Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu, Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası və bir sıra şirkətlər öz məhsul və innovativ texnologiyalarını nümayiş etdirib.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu da Qobustan Heyvandarlıq Nümayiş Kompleksinin ərazisində təşkil olunan festivalda iştirak edərək pambıq əkinlərində tətbiq olunan yeni texnologiyalar, bitki mühafizə istiqamətində aparılan ən son nailiyyətləri təqdim edib. Festivalda kənd təsərrüfatı məhsul istehsalçılarına mütəxəssislər tərəfindən lazımi məsləhətlər verilib, maarifləndirici buklet və tövsiyələr paylanılıb.

BMTB ETİ

© 2020 BMTB ETİ