Xəbərlər

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun cari il üçün aparılan elmi və elmi-təşkilati işlərlə əlaqədar iclası keçirilib.

Aprelin 28-də Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun cari il üçün aparılan elmi və elmi-təşkilati işlərlə əlaqədar iclası keçirilib.

İclasda KTN-nin Bitkiçiliyin Təşkili və Monitorinqi ​ şöbəsinin müdir müavini Fərman Kərimov, institutun ​ direktoru Elçin Xəlilov ​ şöbə, laboratoriya müdirləri və müxtəlif mövzular üzrə icraçılar iştirak edib.
İlk olaraq Elçin Xəlilov aparılan elmi-tədqiqat işləri, onların icrası, təcrübə sahələrində hal-hazırda görülən işlər haqqında ətraflı məlumat verib.
Fərman Kərimov elmi-tədqiqat işlərinin aparılmasında yeni prosedur qaydalarının müəyyənləşdirilməsindən, strategiyasından ətraflı söz açıb. Bildirilib​ ki,​ aqrar sahədə elmi-tədqiqat işlərinin metodikaya uyğun həyata keçirilməsi, elmi-tədqiqat işlərinin tətbiq yönümlü olması əsas hədəflərdəndir və bunun üçün tədqiqat işlərinin nəticələri daha yüksək olmalıdır.
Daha sonra institutun şöbə və laboratoriyalarının cari il üçün metodikaya uyğun olaraq aparılan işlərin məruzələri dinlənilib və geniş müzakirə olunub.
Sonda elmi-tədqiqat, təhsil, kadr hazırlığı və təcrübi işlərin səviyyəsini artırmaq üçün müxtəlif təkliflər verilib.

BMTB ETİ

© 2020 BMTB ETİ