Xəbərlər

Pestisidlərin, bioloji və aqrokimyəvi maddələrin sınağı laboratoriyasının əməkdaşları tərəfindən meyvə bağlarında zərərvericilərin yayılması və növ tərkibinin öyrənilməsi məqsədilə müşahidələr davam edir.

BMTBETİ-nin Pestisidlərin, bioloji və aqrokimyəvi maddələrin sınağı laboratoriyasının əməkdaşları tərəfindən meyvə bağlarında zərərvericilərin yayılması və növ tərkibinin öyrənilməsi məqsədilə müşahidələr davam edir.
Tərtər rayon Qarağacı kənd ərazisində DAİM əməkdaşlarının iştirakı ilə aparılan müşahidələr zamanı çəyirdəkli meyvə bitkilərindən şaftalı, ərik ağaclarında sorucu zərərvericilərdən olan mənənənin sürfə və yetkin fərdləri aşkar olunub. İqtisadi ziyanlı həddi yüksək olmasa da, sahibkara proflaktiki tədbir kimi kimyəvi mübarizə işləri aparılması tövsiyə edilib.

BMTB ETİ

© 2020 BMTB ETİ