Xəbərlər

Pambıq əkinlərində növbəti sınaq təcrübələri Ucar rayon Şirvan Təcrübə Stansiyasında aparılıb.

Pambıq əkinlərində növbəti sınaq təcrübələri Ucar rayon Şirvan Təcrübə Stansiyasında aparılıb.

BMTBETİ-nin direktor müavini Fariz Ələkbərov, şöbə müdirləri Ələddin Tağıyev və Dilarə Marlamova Gəncə- 132 və Gəncə-182 pambıq sortlarının səpinində vermikultura və effektiv mikroorqanizmləri sınaqdan keçiriblər.
Təcrübənin variantlarından asılı olaraq 1-ci variantda biohumusun gübrəsəpənlə şırıma verilməsi, adi toxum səpini;
2-ci varaintda biohumusun gübrəsəpənlə şırıma verilməsi, bakteriyal biopreparatla işlənilmiş toxum səpini;
3-cü variantda bakteriyal biopreparatla işlənilmiş toxum səpini;
4-cü variantda biohumus ilə qarışdırılmış toxum səpini,
5-ci variantda bakteriyal biopreparatla və biohumusla işlənilmiş toxum səpini
6-cı variantda adi toxum səpini aparılıb.
Sınaq təcrübələrinin aparılmasında məqsəd vermikultura və effektiv mikroorqanizmlərin sahədə çıxışın alınmasına, pambığın boy və inkişafına, məhsuldarlığa və torpağın münbitliyinə təsirini öyrənməkdir.


BMTB ETİ

© 2020 BMTB ETİ