Xəbərlər

Bioloji laboratoriyanının əməkdaşları Göygöl və Samux rayonlarında taxıl sahələrində müşahidələr aparıb.

Bioloji laboratoriyanının əməkdaşları Göygöl və Samux rayonlarında taxıl böcəyinin inkişaf dinamikasını izləmək məqsədilə taxıl sahələrində müşahidələr aparıb. Müşahidələr zamanı taxıl sahələrində qazıntı aparılaraq, taxıl böcəyinin III yaş dövründə olan sürfələri aşkar olunub, lakin iqtisadi ziyanlı həddə çatmadığı üçün kimyəvi mübarizə tədbirlərinin aparılması məsləhət görülməyib.
Eyni zamanda Samux rayon taxıl sahələrində zərərvericilərin növ tərkibini müəyyənləşdirmək məqsədilə stasionar sahə seçilərək təcrübələr qoyulub.



BMTB ETİ

© 2020 BMTB ETİ