Xəbərlər

Beyləqan rayon Mil Təcrübə Stansiyasında sınaq təcrübələri aparılıb.

Beyləqan rayon Mil Təcrübə Stansiyasında sınaq təcrübələri aparılıb.
BMTBETİ-nin direktor müavini Fariz Ələkbərov, şöbə müdiri Dilarə Marlamova ilə birlikdə Beyləqan rayon Mil Təcrübə Stansiyasında Gəncə 132 və Gəncə 182 pambıq sortlarının səpinində vermikultura və effektiv mikroorqanizmləri sınaqdan keçirib. Təcrübənin variantlarından asılı olaraq​ 1-ci variantda bakteriyal biopreparatla işlənilmiş toxum səpini, 2-ci varaintda bakteriyal biopreparatla və biohumusla işlənilmiş toxum səpini və 3-cü variantda adi toxum səpini (Nəzarət) aparılıb. Sınaq təcrübələrinin aparılmasında məqsəd vermikultura və effektiv mikroorqanizmlərin sahədə çıxışın alınmasına, pambığın boy və inkişafına, məhsuldarlığa və torpağın münbitliyinə təsirini öyrənməkdir.
Sınaq təcrübələrində toxumlar bakteriyal biopreparatlarla isladılaraq biohumus əlavə edilib və daha sonra səpin aparılıb. Təcrübə zamanı müşahidə edilib ki, biohumus optimal nəmlikdə səpicidən asanlıqla və maneəsiz keçir. Hətta isladılmış toxumlardan suyun çəkilməsini gözləmədən, biohumus (xalis soğulcan gübrəsi) onları dənəvərləşdirməklə dərhal səpilməsinə şərait yaradır.




BMTB ETİ

© 2020 BMTB ETİ