Xəbərlər

BMTB ETI layihə çərçivəsində “P-Aqro” MMC-nin rayon filiallarının əkin sahələrində pambıq səpini aparıb.

Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu layihə çərçivəsində “P-Aqro” MMC-nin rayon filiallarının əkin sahələrində pambıq səpini aparıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu ilə birlikdə “Azərbaycanda pambıq istehsalı üzrə Torpaq, Qida maddələri və su ilə bağlı qabaqcıl kənd təsərrüfatı təcrübələrinin gücləndirilməsi (GAP)” mövzusunda aparılan layihə çərçivəsində görülən işlər davam edir.
Bu il sınaq səpinləri pambıqçılıq sahəsində fəaliyyət göstərən “P-Aqro” MMC-nin İmişli, Saatlı, Səbirabad rayon filiallarının əkin sahələrində aparılıb. Səpin Bitki Mühafizə və Texniki Bitkilər ETİ-nin Direktoru Elçin Xəlilovun, direktor müavini Natiqə İsmayılovanın, layihənin koordinatoru Nəzakət ismayılzadə və fermerlərin iştirakı ilə həyata keçirilib.Təcrübələr Azərbaycanın müxtəlif-torpaq iqlim şəraitində Pakistandan gətirilən yeddi növ pambıq toxumlarının səpini AEBA ekspertlərinin təklif etdiyi metodlarla aparılıb. Xarici sort toxumları həmdə yerli toxumlarla müqayisəli şəkildə əkilib.
Qeyd edək ki, layihədə 7 Pakistan, 1 Türkiyə, 1 Azərbaycanın rayonlaşmış sortları sınaqdan keçirilir. Təcrübənin sxeması layihədə göstərildiyi kimi 2 yarusda yerləşir. Əkin sahəsinin eni və uzunu 100 metr təşkil edir. Hər bir yarusda 4 sort əkilir. Əkin sxeması cərgəarası məsafə 90 sm, bitki arası məsafə 10 sm qəbul edilmişdir. Hər bir sort 20 cərgədən ibarətdir. Sortlar arası məsafə 2 metr təşkil edir.
Məqsəd nümayişedici sınaqlar keçirməklə, AEBA-nın ekspertinin təklif etdiyi və hazırda Azərbaycanda tətbiq olunan ənənəvi metodlarla əkilən pambıq sortlarının müqayisə edilməsidir. 1 hektar sahədə paralel olaraq bu iki üsulla pambıq toxumları əkilərək nəticələr müqayisə ediləcək. Əgər AEBA-nın ekspertinin təklif etdiyi metodlar nəticəsində pambıq məhsuldarlığında artım olarsa, bu halda həmin üsulun daha geniş təsərrüfatlarda tətbiqi planlaşdırılır.



BMTB ETİ

© 2020 BMTB ETİ