Xəbərlər

BMTBETİ ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.


Kənd Təsərrüfatı Nazirliyinin Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu ilə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Birgə əməkdaşlıq haqqında müqaviləni Bitki Mühafizəsi Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru  b.e.f.d. dosent b.e.f.d. Elçin Xəlilov və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Əlövsət Quliyev imzalayıblar.
Sənədin imzalanmasında əsas məqsəd torpaqşünaslıq-aqrokimya və bitki mühafizəsi sahəsində elmi tədqiqatların aparılmasına dair əməkdaşlıq yaradılmasıdır. Müqavilədə iki müəssisənin mütəxəssislərinin, doktorant və dissertantlarının birgə əməkdaşlığının həyata keçirilməsi, qarşılıqlı mövzular və innovasiyalar üzrə birgə elmi-tədqiqat işlərinin əlaqələndirilməsini, beynəlxalq və yerli layihələrinin yerinə yetirilməsi,
texniki bitkilər - pambıq, günəbaxan, şəkərçuğunduru və digər sortların təcrübə sahələrinin yaradılması istiqamətində birgə tədqiqatların aparılması və s. nəzərdə tutulub.

BMTB ETİ

© 2020 BMTB ETİ